Hərbçilərimiz Türkiyədə belə qarşılandılar – VİDEObackend

Hərbçilərimiz Türkiyədə belə qarşılandılar - VİDEO

Qarabağda döyüşən Azərbaycan əsgərləri təyyarə ilə getdikləri İğdırda çoşqu ilə qarşılanıblar.

KONKRET.az xəbər verir ki, onlar şəhid Bülent Aydın Hava Limanından quru yolu ilə birbaşa Naxçıvana yola düşüblər.

Beş avtobusda hərəkət edən əsgərlərimizə əslən Azərbaycandan olan vətəndaşlar sevgilərini nümayiş etdiriblər.

Əllərində Azərbaycan bayraqları olan insanlar avtobusa daxil olaraq “xoş gəldiniz, başımızın tacı! Allah sizi qorusun”, – deyə bildiriblər.

Türk polisi və jandarma komandasının müşayiəti ilə hərəkət edən hərbçilər Dilucu Sərhəd Məntəqəsindən Naxçıvana keçiblər./sfera az/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*