Hərbi ekspert: “Ermənistanın aldığı “Akaş” raket kompleksləri Azərbaycan ordusunun legitim hədəfidir”backend

Hərbi ekspert: “Ermənistanın aldığı “Akaş” raket kompleksləri Azərbaycan ordusunun legitim hədəfidir”

Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyətlə barışmayan qüvvələr Ermənistanı silahlandırmaqda davam edir. Fransa və Hindistanın dəstəyi sayəsində Ermənistan silahlandırılır. Bu dəfə Ermənistana Hindistanın “Akaş” raket kompleksləri daşınır.

Raket sistemlərinin xarakteristkasını KONKRET.az-a şərh edən hərbi ekspert Səxavət Məmməd bildirib ki, bu raketlər 3,5 və 25 km məsafədən hədəfləri vurmaq qabiliyyətinə malikdir.

“ Hindistan ilk dəfədir  “Akaş”darın satışını həyata keçirir. Bu raketlərin radar sistemləri də təkmilləşdirilib. Eyni vaxtda 64 hədəfi izləmək qabiliyyətinə malikdir və 12 idarə olunan raket var. Bu isə o deməkdir ki, ən azından havadakı 6 raketi bir batareya sıradan çıxara bilər. “Akaş” müasir silah hesab olunur. Onlar  Ermənistanda  Hava Hücumundan Müdafiə Sistemi rolunu öz üzərinə götürəcək.  44 günlük müharibədə Azərbaycan ordusu Ermənistanın Hava Hücumundan Müdafiə Sistemlərini sıradan çıxardığından onlarda bu sahədə boşluq var idi. Ermənilərin arxasında duran qüvvələr də bunu təhlil edib və zəif tərəflərini öyrəniblər. Ona görə, bu sistemləri Ermənistana verməyi məsləhət biliblər. Bir məsələni də qeyd edim ki, “Akaş”darın Ermənistana çatdırılması bir qədər vaxt alacaq. Çünki bir il yarım əvvəl müqavilə imzalanmışdı. Bu müddət ərzində cəmi bir batareya Ermənistana çatdırılıb. Deməli, yerdə qalan partiyaların göndərilməsi xeyli vaxt aparacaq”.

Hərbi ekspert daha sonra qeyd edib ki, Ermənistan bu silahları Azərbaycana qarşı istifadə üçün alır: “Düşmənin arxasında dayanan güclər ən azından Ermənistanı 2020-ci ilin 26 sentyabr həddinə çatdırmağı qarşıya məqsəd qoyublar. Düşünürlər ki, yalnız bundan sonra müəyyən planlarırını həyata keçirə biləcəklər. Amma anlamırlar ki, aldıqları silahların hamısı  Azərbaycan üçün legitim hədəfdir. Azərbaycan Prezidenti İlham Əliyevin baş verənlərlə bağlı açıqlamaları da onu göstərir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*