backend

“Hərbi əməliyyatların yenidən diplomatik yolla dayandırılmasına getmək olmaz” - AÇIQLAMA

“Ermənistan rəhbərliyi bütün danışıqları pozur, özünü qanmazlığa vururdu”.

Bunu KONKRET.az-a danışan deputat Sabir Rüstəmxanlı bildirib.

Deputat qeyd edib ki, ATƏT-in Minsk Qrupu son illər özünü çox ləyaqətsiz aparırdı: “Bu qurum Azərbaycanı ikili münasibətlə aldatmağa çalışırdı. Bakı ilə İrəvan arasında “kəndirbazlıq” edərək məsələnin həllini uzadırdı, çalışırdı ki, işğal olunmuş torpaqlarımız unudulsun. Bizim oradan gələn qaçqın və məcburi köçkünlərimiz ölüb qurtarsın. Onlar öləndən sonra oraya heç kimin qayıtmayacağını düşünürlər.

Ermənistan son günlər hətta bizi əlavə torpaqlarımızı işğal etməklə hədələyirdi. Bu istiqamətdə də müəyyən addımlar atmışdı. Bizim kəndlərimiz mütəmadı olaraq atəşə tutulurdu. Ona görə də sentyabrın 27-də Ermənistanın sonuncu təxribatı nəticəsində dinc əhalimiz və yaşayış obyektlərimiz atəşə tutulan zaman ordumuzun əks-hücuma keçməkdən başqa yolu qalmadı. Elə ilk gündən bəlli oldu ki, ermənilərin “azərbaycanlıları dənizə tökəcəyik” kimi bəyanatları tamamilə əsassızdır. Murov istiqamətindən başlayaraq Araz sahillərinə qədər bütün cəbhəboyu Azərbaycan Ordusu düşmənin atəş nöqtələrini susdura-susdura irəliləyir, 7 kənd, Murov yüksəkliyi və Talış kəndi ətrafında bir neçə yüksəklik düşməndən azad edilib. Ağdərədə də müəyyən yüksəkliklər ələ keçirilsə, Ağdərə-Kəlbəcər yolu və Ağdərə çevrəsi boşaldılar.

İllərdir Ermənistanın başını sığallayan qüvvələr hərbi əməliyyatları yenidən diplomatik yolla dayandırmağa çalışacaq, Rusiyadan və digər Avropa dövlətlərindən zənglər gələcək. Bizi danışıqlar masasına dəvət edəcəklər. Danışıqlar masasının nə qədər saxta olduğunu isə bilirik. Ona görə də hesab edirəm Azərbaycan Ordusu hücumlarını davam etdirməlidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*