Hərbi qulluqçumuz torpağa tapşırıldı – YENİLƏNİBbackend

Hərbi qulluqçumuz torpağa tapşırıldı - YENİLƏNİB

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.

KONKRET.az xəbər verir ki, hərbçinin nəşi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Allah rəhmət eləsin!

***

 12:23
Azərbaycan Ordusunun həlak olan hərbi qulluqçusu Cavidan Məmmdəli doğulduğu Şəki şəhərində dəfn edilir.

KONKRET.az xəbər verir ki, o, evin tək oğlan övladı olub, 3 bacısı var.

Qeyd edək ki, Müdafiə Nazirliyi əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olduğunu açıqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*