“Şoyqu sağdır, o, sursat axtarır”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “QORDON” nəşrinin baş redaktoru Alesya Batsmana keçmiş KQB kəşfiyyatçısı, Rusiya Prezidenti Vladimir Putinin keçmiş sinif yoldaşı Yuri Şvets müsahibəsində deyib.
Məlum olduğu kimi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun “yoxa çıxması” ilə bağlı mediada çoxlu söz-söhbətlər dolaşır. Yuri Şvets bunu belə izah edir ki, Şoyqu son vaxtlar sursat axtarışı ilə məşğul olur.
O, Şoyqunun və RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun səhhətinin pisləşməsi ilə bağlı məlumatı şərh edib: “Hər ikisi sağdır, mən sizə diplomatik cavab verəcəm”.
“Başa düşdüyüm qədər, Şoyqu son vaxtlar sursat axtarmaqla məşğuldur”, – Şvets bildirib.
Onun sözlərinə görə, Rusiya ordusunun sursatları tükənmək üzrədir.
“Zavodlar ya boşdur, ya da imkanları çatmır. Kömək üçün çinlilərin yanına qaçıblar. Çinlilər isə “yox” deyib… Bu, onlar üçün çox acınacaqlı vəziyyətdir. Bəlkə də bu axtarışlarla əlaqədar şamanların köməyi ilə tayqada hardasa sursat axtarırlar”, – Şvets əlavə edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin rəhbərinin ürək xəstəliyinin olması ilə bağlı şayiələri təkzib etmək üçün Şoyqunun videobağlantı vasitəsilə həmkarları ilə əlaqə saxladığı video yayımlanmışdı.
Ətrafı videoda:
Xuraman Etibarlı,
KONKRET.az
