Hindistan Rusiyadan “Ka-31” helikopterlərinin alınmasına dair danışıqları DAYANDIRDIbackend

Hindistan Rusiyadan “Ka-31” helikopterlərinin alınmasına dair danışıqları DAYANDIRDI

Hindistan Rusiya-Ukrayna müharibəsi fonunda silah tədarükündəki qeyri-müəyyənliyə görə, 10 ədəd dəniz bazalı, radiolokasiya izlənməsi sistemli “Ka-31” helikopterinin satın alınması ilə bağlı Rusiya ilə danışıqları dayandırıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Hindistanın “Defence News” nəşri məlumat yayıb.

“Hindistan hökuməti “Rosoboroneksport” və orijinal avadanlıq istehsalçısı olan “Vertolyotı Rossii” ASC ilə danışıqları qeyri-müəyyən müddətə dayandırıb”, – nəşr ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.

Onların fikrincə, danışıqların dayandırılmasına, digər məsələlərlə yanaşı, ödəniş köçürmələri ilə bağlı problemlər də səbəb olub.

Xatırladaq ki, Hindistan 2019-cu ilin may ayında Rusiyaya “Ka-31” helikopterləri almaq üçün müraciət etmişdi, lakin pandemiya səbəbiylə danışıqlar dayandırılmışdı. Danışıqlar bir də 2022-ci ilin fevralında tərəflərin 10 “Ka-31” helikopteri üçün 520 milyon ABŞ dolları məbləğində vəsait ödəniləcəyi barədə razılığa gəlinməsindən sonra bərpa edilib.

Hazırda Hindistan Hərbi Dəniz Qüvvələrində 14 radiolokasiya izlənməsi sistemli “Ka-31” helikopteri var. Onlar 2003-2015-ci illərdə Rusiyadan satın alınıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*