Hindistanda körpəni diri-diri basdırdılar – FOTObackend

Hindistanda körpəni diri-diri basdırdılar - FOTO

Hindistanda fermerlər valideynləri tərəfindən tarlada diri-diri basdırılan körpəni xilas ediblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Qucarat ştatında baş verib.

Hadisə şahidləri hüquq-mühafizə orqanlarına məlumat verib. Bir neçə saatdan sonra polis körpənin ata və anasını ştatın müxtəlif rayonlarında saxlayıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, valideynlər yeni doğulan körpənin qız olması səbəbindən ondan xilas olmaq qərarına gəlib.

Valideyinlər isə bildirib ki, qızlarının müalicəsi üçün pul tapa bilməyəcəklərini düşündükləri üçün bu addımı atıblar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*