Hindistanda səbəbi bilinməyən xəstəlik səbəbindən son 2 həftə ərzində 10 uşaq dünyasını dəyişib.
KONKRET.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, xəstəlik ölkənin Cammu Kəşmir bölgəsində qeydə alınıb. Səhiyyə işçiləri xəstəliyin baş vermə səbəbini hələ müəyyənləşdirə bilməyib. Xəstəliyin əlamətlərinin qızdırma, qusma və qarın ağrısı olduğu bildirilir.
Hazırda 6 uşağın vəziyyəti kritikdir.
