Hindistanın Uttar Pradeş ştatında timsah təbii ehtiyacını ödəmək üçün çayın sahlinə yaxınlaşan 20 yaşlı kişiyə hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Məlumata görə, Katarniaqhat təbiət qoruğu yaxınlığındakı kənddə qohumlarını ziyarətə gedən Dipu adlı hindistanlı ölüb. O, əmisi oğlu ilə birlikdə kanalın kənarındakı tualetə getməyə qərar verib. Qəfildən nəhəng timsah sudan sürünərək onu dişləri ilə tutub və suyun altına sürükləyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
