Hindistandan Rusiyaya gözlənilməz jest – Hələ belə olmamışdıbackend

Hindistandan Rusiyaya gözlənilməz jest – Hələ belə olmamışdı

Hindistan Rusiyaya Uzaq Şərqi inkişaf etdirmək üçün bir milyard dollarlıq kredit xətti açacaq. Konkret.az xəbər verir ki, bu barədə Şərqi İqtisadi Forumunun plenar iclasında Hindistanın Baş naziri Narendra Modi açıqlama verib. Onun sözlərinə görə, başqa bir ölkəyə belə bir kredit verilməsi Hindistan üçün görünməmiş bir haldır və “iqtisadi diplomatiyanın inkişafı və dost dövlətlərimizin bölgələri arasında əlaqələrin inkişafına” yeni dinamika verəcəkdir.

Ümumilikdə Rusiya və Hindistan arasında 5 milyard dollar dəyərində 50 investisiya müqaviləsi bağlandı. Bunlar enerji, səhiyyə, təhsil,  mədən və ağac emalı sahələrinə aiddir.

Modi kredit xəttinin şərtlərini göstərməyib. Bu arada 2016 və 2017-ci illərdə Moskva Hindistana 7.6 milyard dollar borc verib. Kudankulam AES-in tikintisi üçün nəzərdə tutulub və on il ərzində ödənilməlidir.

Yeri gəlmişkən, 11-13 avqust tarixlərində Forumdan əvvəl Hindistan öz tarixində ən çox nümayəndə heyətini Vladivostoka göndərmişdi. Danışıqlar zamanı tərəflər nadir torpaq mədənləri, təbii qaz, turizm və kənd təsərrüfatı sahəsindəki layihələri müzakirə etmişdilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*