Hindistanın adı dəyişdirilə bilər: Bundan sonra belə adlanacaqbackend

Bu ölkənin adı dəyişdirilə bilər: Bundan sonra Bharat adlanacaq

Dünyanın ən böyük ölkələrindən biri, əhalisinə görə planetdə ikinci yeri tutan Hindistanda addan narazılıq var.

Qədim Şərq ölkəsinin yaxın zamanda adının dəyişdiriləcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, Asiya dövlətinin konstitusiyasında iki ad yer alıb. Hindistan Respublikası ilə yanaşı, “Bharat” ifadəsi də əksini tapıb. Hindi dilinin daşıyıcıları məhz ikinciyə üstünlük verir.

Hindistan adı necə yaranıb? Burada Hind çayı birbaşa rol oynayıb. Amma iş orasındadır ki, yerli adamlar bu çayı başqa cür adlandırır. Onlar yalnız “Sindhu” versiyasını qəbul edirlər. “Hind” ifadəsi isə avropalıların təxəyyülünün məhsuludur. Onlar Hindistana ayaq basanda “Sindhu”nun çətin tələffüz olması qənaətinə gəliblər. Beləcə, “Hind” ifadəsi Hindistanın adını da formalaşdırıb.

Bəs niyə “Bharat”? Hind çayı vadisindəki qədim dövlət məhz belə adlanırdı. Məşhur hökmdar Bharatın rəhbərlik etdiyi ölkəyə bu adı vermişdilər. O, vahid dövlət yaranmasının səbəbkarı sayılır.

Hindistanda petisiya hazırlanıb. Ali Məhkəmə üç gün əvvəl petisiya məsələsinə baxıb. Hələlik bir qərar verilməyib. Amma Hindistanda çox inanırlar ki, yaxın gələcəkdə ölkə Bharat adlanacaq.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*