Almaniyada apardığı siyasət, Holokost və İkinci Dünya Müharibəsindəki rolu səbəbilə qaniçən diktator kimi tanınan Adolf Hitlerin pərəstişkarları bu dəfə İsveçdə qalmaqal yaradıb.
KONKRET.az xəbər verir ki. Aprelin 20-də, Hitlerin doğum günündə, Stokholm şəhərinin Essingeleden rayonunda yerləşən avtomobil yolunun girişində üzərində svastika olan üç nasist bayrağı naməlum şəxslər tərəfindən asılıb.
Stokholm Polis İdarəsinin mətbuat sözçüsü Mats Eriksson hadisə ilə bağlı açıqlamasında bir çox vətəndaşın bu görüntülərə görə şikayət etdiyini və məsələ ilə əlaqədar nifrət cinayəti şübhəsi ilə istintaq başladıldığını bildirib.
Aynurə İsmayıl
KONKRET.az