Honq Konqda yeni il atəşfəşanlığı ləğv edildi – SƏBƏBbackend

Honq Konqda yeni il atəşfəşanlığı ləğv edildi - SƏBƏB

KONKRET.az xəbər verir ki, Honq Konqda hökumət əleyhinə etirazlar davam etdiyindən hər il Yeni il şənliklərində olduğu kimi atəşfəşanlıq ilk dəfə ləğv edilib.

Honq Konqda aylardır davam edən hökumət əleyhinə etirazlar yeni ildən bir neçə saat əvvələ qədər davam edib. Minlərlə etirazçı şəhər daxilində insan halqası yaradıblar və ticarət mərkəzlərində şüarlar səsləndiriblər. Vətəndaşları Yeni ildə demokratiya uğrunda mübarizədən vaz keçməməyə çağıran etirazçılar Honq Konqun əsas mərkəzinə gedən yollardan birini bağlayıblar. Polislər hadisə yerinə gələndə etirazçılar digər küçələrə də yol açmaq üçün müdaxilə ediblər. Ən azı bir etirazçının həbs olunduğu bildirilir.

“Bu il atəşfəşanlıq olmayacaq”

Səlahiyyətlilər gecə yarısının əvvəlində təhlükəsizlik tədbirlərinin tərkib hissəsi kimi atəşfəşanlığl ləğv edib. Yalnız şəhərin ən yüksək göydələnlərində sayrışan musiqili işıqlar quraşdırılıb.

Qeyd edək ki, nümayişlərdə çox sayda etirazçı “Gəlin birlikdə mübarizəni 2020-ci ildə davam etdirək” yazılı plakatlarla iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*