Hoteldə zəhərlənərək ölən Kənanın əmisi danışdı – VİDEObackend

Hoteldə zəhərlənərək ölən Kənanın əmisi danışdı – VİDEO

Paytaxtın Səbail rayonunda fəaliyyət göstərən hotellərin birində zəhərlənən dörd dostla bağlı əhali arasında müxtəlif fikirlər səslənib.

KONKRET.az xəbər verir ki, onların qidadan zəhərləndiyi bildirilsə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məlumatı təkzib edib.

Zərərçəkənlərin qohumları isə fərqli fikirdədirlər. “Tibbi ekspertiza var, qaranlıq heç nə qalmayacaq, ictimaiyyətə hər şey açıqlanacaq. Kənan içkiyə meyilli uşaq olmayıb, siqaretdən də uzaq olub. Dostları da bu barədə informasiya verəcəklər, onlar bir yerdə olublar, nə baş verib deyəcəklər”, – zəhərlənmədən dünyasını dəyişən Kənan Mustafayevin əmisi deyib.

Qeyd edək ki, Səbail rayonunda yerləşən hoteldə dörd nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdiyi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*