backend

Hulusi Akar: “Bütün imkanlarımızla Azərbaycanın yanında olacağıq”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlama yayıb.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, H.Akarın açıqlamasında deyilir:

“İşğalçı Ermənistan atəşkəsi pozaraq Azərbaycana hücum etmiş və yenə təxribat məqsədi güddüyünü göstərmişdir.

Qafqazda sülh və sabitliyə ən böyük maneə Ermənistanın təcavüzkar münasibətidir və bölgəni təhlükəyə atacaq bu təcavüzü dərhal dayandırmalıdır. Ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanlarımızla Azərbaycan türkü qardaşlarımızın yanında olacağıq. Ermənistanın bu çirkin hücumunu şiddətlə qınayırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*