Hülya Avşar həmkarının çənəsini çıxardı – Çəkilişlər dayandırıldıbackend

Hülya Avşar həmkarının çənəsini çıxardı - Çəkilişlər dayandırıldı

Fox TV-də yayımlanan məşhur “Masumiyyet” serialının qəhrəmanı Hülya Avşarın (Hale Ilqaz) ssenariyə uyğun olaraq vurduğu sillə aktyor Ertuğrul Postoğlunu (İsmail Ilqaz) xəstəxanalıq edib.

KONKRET.az xəbər verir ki, Avşarın sərt əl hərəkəti həmkarının çənəsinin çıxması ilə nəticələnib.

54 yaşlı aktyor təcili olaraq xəstəxanaya aparılıb. Postoğluya Hülya Avşarın əmisi oğlu Dr. Erol Avşar müdaxilə edib.

Xəstəxanada müalicə alan aktyor bir müddət sonra yenidən çəkiliş meydançasına qayıda biləcək. Hadisədən sonra “Masumiyyet”in də çəkilişləri müvəqqəti olaraq dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*