Husilər: “ABŞ-ın Yəməndəki missiyası uğursuz oldu”backend

Husilər: "ABŞ-ın Yəməndəki missiyası uğursuz oldu"

“Husilər Qəzzaya dəstək nümayişi olaraq son bir həftə ərzində 26 ballistik, qanadlı raket və müxtəlif modelli pilotsuz təyyarələrin iştirakı ilə 10 əməliyyat həyata keçirib”.

KONKRET.az xəbər verir ki, bunu Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) lideri Əbdülməlik əl-Husi deyib.

O bildirib ki, xüsusilə husilər Amerikanın “Eisenhower” təyyarədaşıyan gəmisinə və onu müşayiət edən gəmilərə genişmiqyaslı hücuma keçiblər.

Əbdülməlik əl-Husinin sözlərinə görə, ABŞ və Böyük Britaniya da öz növbəsində Yəmənə 24 hava zərbəsi endirib, lakin onların hər biri nəticəsiz qalıb.

“Amerikalılar başa düşürlər ki, onların dəniz qüvvələri İkinci Dünya Müharibəsindən bəri ən ağır döyüşlərdə iştirak edir. Onlar əsl dilemma ilə üz-üzə qalıblar və açıq-aşkar uğursuzluqla üzləşiblər və onların liderləri bizim hərbi potensialımızın inkişafını tanıdı”, – Husi hərəkatının rəhbəri qeyd edib.

Əl-Husi əlavə edib ki, ABŞ “İsraili dəstəkləmək və Qəzza zolağında soyqırımı davam etdirmək üçün” 50 F-15 qırıcısı göndərməyə hazırlaşır.

Sonda Əbdül-Malik əl-Husi Yəmənin Qəzzaya hərtərəfli dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*