Türkiyə və Azərbaycan Ermənistanın 750 milyon dollar həcmində avrobondlar buraxmasına səbəb ola bilər. Mən heç nəyi istisna etmirəm.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Vardan Bostancanyan deyib.
“Qəribədir ki, bütün ölkəni satmaq proqramını bitirməyə çalışan hökumətə Ermənistanda hələ də kimsə inanır. Əminəm ki, onlarda bu alınmayacaq. Ermənistan polisin adambaşına düşən sayına görə dünyada ilk yeri tutur. Bu polis rifah yaratmaq yerinə aydın olmayan kimisə xalqdan müdafiə edir. Bizim yük maşınlarımız hətta Gürcüstanda belə rahat hərəkət edə bilmirlər. Bütün baş verənlər Türkiyənin məqsədini reallaşdırmaqdır”, – deyə o bildirib.
