İbrahim Kalın Cek Sallivanla Qarabağı MÜZAKİRƏ ETDİbackend

İbrahim Kalın Cek Sallivanla Qarabağı MÜZAKİRƏ ETDİ

Oktyabrın 27-də Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli əlaqələr, F-35/F-16 qırıcıları, qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, Liviya, Qarabağ, Yunanıstan, Aralıq dənizinin şərqi ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər iki ölkə lideri – Rəcəb Tayyib Ərdoğanla Cozef Bayden arasında Qlazqo İqlim Sammiti çərçivəsində keçirilməsi planlaşdırılan ikitərəfli görüşün detallarından da danışıblar.

Qeyd edək ki, İqlim Sammiti oktyabrın 31-dən noyabrın 12-dək Şotlandiyanın paytaxtı Qlazqoda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*