İcbari Tibbi Sığorta: Müzakirələr davam edir – FOTOLARbackend

İcbari Tibbi Sığorta: Müzakirələr davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda layihənin Açılış tədbiri olub. Tədbirdə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali məktəblərin tələbə və müəllimləri, KİV-lərin, qeyri-kökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri Rəsmiyyə Abdullayeva icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verib.

“Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Əliyev, “Sağlamlığa xidmət” İctimai Birliyinin sədr müavini Vəliyeva Pərvanə, “İqtisadiyyat və hüquq” İctimai Birliyinin sədri Aqil Eyvazov, Azərbaycan Kooperasiya Universitetinin dosenti Vüsalə Nağıyeva, Azərbaycan milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi Cəlil Quliyev, “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri dos. Pərviz Həsənov, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Samir Mahmudov 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbai tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışıblar və bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Bildirilib, bu, Prezident İlham Əliyevin, o cümlədən hökumətin vətəndaşlarının sağlamlığına göstərdiyi diqqətin bariz nümunəsidir. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığortanın əhəmiyyəti ilə bağlı videoçarx da nümayiş etdirilib.

KONKRET.AZ

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*