İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini “fotoşop”latdıbackend

İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı

Xəbər verdiyimiz kimi, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib.

Görüşdəki fotolarda həmin zalda sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, icra başçısı Əkbər Abbasovun qalmaqala səbəb olan görüntüləri Lerik Rayon İcra Hakimiyyətinin saytından silinib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 4 dekabr 2024-cü ildə Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sakinlərlə görüş keçirərkən orada da onun isinməsi üçün qırmızı istilik sobası qoyulub.

Həmin görüşdən şəklə isə fotoredaktor proqramı ilə əl gəzdirilərək sobanın görüntüsü oradan silinib.

Qeyd edək ki, icra başçısının vətəndaşlarla görüşdə müzakirələrə səbəb olan sobadan istifadə xəbəri ilk olaraq Qaynarinfo.az saytında yayımlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*