Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Natiq Dostaliyevə məxsus torpa sahəsi hərraca çıxarılacaq.
KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, sahəsi 4,7825 hektar olan torpağın start qiyməti 20 faiz endirimlə 8000 manatdır.
Torpaq sahəsi Hacıqabulun Meyniman kəndində yerləşir. Hərrac yanvarın 21-də keçiriləcək.
Natiq Dostalıyev 2024-cü ilin iyul ayında Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.
