İcra Hakimiyyəti başçılarına dövlət təltiflərinin verilməsi dayandırıla bilərbackend

İcra Hakimiyyəti başçılarına dövlət təltiflərinin verilməsi dayandırıla bilər

İcra Hakimiyyəti başçılarına dövlət təltiflərinin verilməsi məsələsinə yenidən baxmaq lazım gələcək.

KONKRET.az xəbər verir ki, sabiq deputat Alqış Musayev özünün facebook statusunda bildirib ki, “Yəqin ki, rayon icra hakimiyyəti başçılarının dövlət təltiflərinə təqdim edilməsi proseduruna yenidən baxılacaq… Həbs edilən üç başçıdan ikisi “Vətənə xidmətə görə” , biri də “Şöhrət” ordeni ilə təltif olunub”.

Qeyd edək ki, sosial şəbəkələrdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev başda olmaqla bir sıra məmurların rüşvət üstündə saxlanılması cidid müzakirə olunur. Əksəriyyət DTX-nın bu addımını təqdir edir.

Sirr deyil ki, cəmiyyətdə icra başçıları haqqında çox da xoşa gəlməyən rəylər də mövcuddur. Yəqin ki, sabiq deputat bu rəyləri nəzərə alaraq belə bir fikirlə çıxış edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*