İki gün əvvəl itkin düşən kişinin meyiti kanalda tapıldıbackend

İki gün əvvəl itkin düşən kişinin meyiti kanalda tapıldı

Ucar rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Vahid Məmmədov iki gün əvvəl itkin düşüb. Yaxınlarının axtarışları nəticəsində V.Məmmədovun meyiti fevralın 17-də axşam saatlarında kənd ərazisindən keçən su kanalında aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*