İki minik avtomobili toqquşdu – Xəsarət alanlar varbackend

İki minik avtomobili toqquşdu - Xəsarət alanlar var

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Toyota” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “Toyoto”-nun sürücüsü 1978-ci il təvəllüdlü Qax rayon sakini Qoqita Babacanaşvili və 1987-ci il təvəllüdlü Rəşad Nuru oğlu İsrafilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*