İlham Əliyev: “Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır”backend

İlham Əliyev: "Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır"

“Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə deyib.

Azərbaycan Prezidenti “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*