İlham Əliyev Mövlud Çavuşoğlu ilə müzakirə apardıbackend

İlham Əliyev Mövlud Çavuşoğlu ilə müzakirə apardı

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüşlərin münasibətlərimizin möhkəmlənməsində rolu qeyd edilib. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrin önəmi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*