İlham Əliyev Putinlə Qarabağı müzakirə edib – YENİLƏNİBbackend

İlham Əliyev Putinlə Qarabağı müzakirə edib - YENİLƏNİB

Azərbaycan Prezidentinin mətbuat xidməti də Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığına dair məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumatda bildirilir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib.

“Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb”, – deyə məlumatda qeyd olunub.

19:34

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

KONKRET.az-ın məlumatına görə, Kremlin yaydığı məlumatda bildirilib ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət müzakirə olunub.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*