backend

İlham Əliyev: "Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər..."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

KONKRET.az xəbər verir ki, dövlət başçısı cəmiyyətə mühüm mesajlar verib.

Ölkə rəhbəri məmurların qeyri-qanuni əməllərindən də danışıb: “Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq.

Artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir.

Yəni, bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir”.

  • Adım Vüsalə
    Mart 5, 2020 - 20:19

    Təssüflər Olsun Ki, Belə İcra Başçıları Və Onların Nümayəndələri Hələdə Var
    Məsələn: Səbayıl Rayon İcrasında

  • Jalə
    Mart 6, 2020 - 19:11

    Regiyonlar çox pis vəziyətdədi.Təbii ki Ulu Öndərimiz çox əziyyətlərlə bu dövləti qurdu.Bu gün Cənab Prezident min əzabla ölkəni inkşafını gücləndirir.Lakin şəxsi ciblərini güdüb xalqı saymayan məmurlar dövlətə və dövlətin idarəçiliyinə birmənalı ziyan vurur.Məmur olan kəs birinci xalqı dövləti düşünməlidi,sonra özün.Bizdə əksinədi nə dövləti düşünür nə xalqı tək düşünən cibinə girəcək rüşvətlərdi.Orta məktəblərdə 1 ədəd belə A4 vərəqi verilmir hamsın Rayon Təhsil Şöbələri və maliyə idarələri yeyir.Insaf dinin yarısıdı olmaz axı.Mənim Dövlət Başçımın əməyinə sui qəsd edib amansızcasına büdcəni xalqın cibini talan etməyin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*