İlon Mask Kanadanın baş naziri Castin Trüdonun ABŞ-yə qoşulma ehtimalını rədd etdiyi bəyanatına kəskin reaksiya verib.
KONKRET.az xəbər verir ki, Mask özünün “X” sosial hesabında Trüdonu qız adlandırıb: “Qız, sən artıq Kanada qubernatoru deyilsən və nə dediyinin əhəmiyyəti yoxdur”. İki gün əvvəl Kanada hakimiyyəti Donald Trampın bu ölkənin Birləşmiş Ştatların tərkibinə daxil olması təklifi ilə qəti şəkildə razılaşmadığını bildirmişdi. Kanadanın xarici işlər naziri Melani Coli sosial şəbəkədə yazıb: “Güclü iqtisadiyyatı, gülcü xalqı olan dövlət təhdidlər qarşısında heç vaxt geri çəkilməyəcəyik”.
Vəli Həsənoğlu,
KONKRET.az