İlon Mask avqustun 4-də “Tesla”nın illik səhmdarlarının toplantısından sonra şirkətin 7,9 milyon səhmini 6,9 milyard ABŞ dollarına satıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Nəşrin məlumatına görə, sahibkar məhkəmənin onu “Twitter”i almağa məcbur edəcəyi təqdirdə aktivlərinin daha ucuz qiymətə təcili satılmaması üçün belə bir qərar qəbul edib.
Qeyd edək ki, “Twitter”in alınması ilə bağlı müqavilə bağlayarkən Mask “Tesla”nın 4 milyard dollar dəyərində səhmlərini satıb. İyul ayında sahibkar sosial şəbəkəni almaqdan imtina edib. Müqavilədən imtina etdiyi üçün “Twitter” Maska qarşı iddia qaldırıb.
İqbal Rzayev,
KONKRET.az
