İlon Mask “Twitter”in səhmlərini ALDIbackend

İlon Mask “Twitter”in səhmlərini ALDI

“Tesla”nın baş direktoru İlon Mask “Twitter”də 9,2 faiz “passiv səhmlər”i alıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası açıqlama yayıb.

Bildirilir ki, bu razılaşmadan sonra “ Twitter”in səhmləri sessiya öncəsi əməliyyatlarda 26 faiz artıb.

Xatırladaq ki, Mask keçən ay sosial media hesabından verdiyi açıqlamada “Twitter”in ifadə azadlığına yanaşması səbəbindən yeni bir sosial media platforması yaratmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, “Twitter”dən aktiv şəkildə istifadə edən Maskın platformada 80 milyondan çox izləyicisi var.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*