İlon Maskdan Ukraynaya JEST – Artıq internet problemi olmayacaq – ÖZƏLbackend

İlon Maskdan Ukraynaya JEST - Artıq internet problemi olmayacaq - ÖZƏL

“Vodafone” müharibəyə görə internetə qoyduğu məhdudiyyəti aradan qaldırır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Xersonda bir çox insan “Vodafone”nin (keçmiş MTS) xidmətlərindən istifadə edir. Artıq mobil operator müharibəyə görə internetə tətbiq etdiyi məhdudiyyəti götürüb. İndi smartfonlar vasitəsi ilə internetə giriş məhdudiyyətsiz həyata keçiriləcək.

Bu arada İlon Maskın peyk internetinin Vinnitsada harada işləyəcəyi məlum olub. Belə ki, Vinnitsa şəhəri İlon Maskdan beş Starlink peyk rabitə terminalı alıb. Avadanlıqlar şəhərin mühüm strukturlarında quraşdırılacaq. Bu barədə Vinnitsa Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Borzov məlumat verib: “İlon Mask bizə peyk İnterneti ilə bağlı kömək edir – Vinnitsa bölgəsi artıq beş Starlink terminalı alıb. Bunun sayəsində biz problemlər yarandıqda internetə fasiləsiz çıxışı təmin edə biləcəyik”, – Borzov vurğulaayıb.

“Starlink”in şəhər şurasında, regional dövlət administrasiyasında, təcili tibbi yardım xəstəxanasında quraşdırılması planlaşdırılır. Xatırladaq ki, martın 9-da İlon Maskın Starlink sistemi Ukraynaya verilib. Sistem dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin edir. Bu, Kanada və ABŞ-da xidmət göstərən ilk şirkət olub.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*