“İmran Xan parlamentdəki çoxluğu itirib və istefa verməlidir” – Şahbaz Şərifbackend

"İmran Xan parlamentdəki çoxluğu itirib və istefa verməlidir" - Şahbaz Şərif

Pakistan hökumətinin müttəfiq olduğu partiyalar müxalifətin tərəfinə keçib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Xalq Hərəkatı Partiyasından Xalid Makbul Siddiqi 7 deputatla keçirilən etimadsızlıq səsverməsində Baş nazir İmran Xana qarşı müxalifətin yanında olacaqlarını açıqlayıb.

İslamabadda keçirdiyi mətbuat konfransında Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının lideri Şahbaz Şərif bəyan edib ki, Baş nazir İmran Xan parlamentdəki çoxluğu itirib və istefa verməlidir.

Bildirilir ki, İ.Xanın müttəfiq olduğu ədliyyə naziri Məhəmməd Faruk Nasim və İnformasiya Texnologiyaları və Telekommunikasiya naziri Aminul Hak istefa verib.

Qeyd edək ki, Pakistan Milli Assambleyası 342 deputatdan ibarətdir. Baş nazir İ. Xanın vəzifədən çıxarılması üçün müxalifətə 172 səs lazımdır. Mətbuatın yazdığına görə, etimadsızlıq səsverməsindən sonra hökumətin səsi 164, müxalifətin isə 176 olub. Baş nazir İmran Xana qarşı etimadsızlıq təklifi parlament tərəfindən martın 28-də 161 “lehinə” səsi ilə təsdiq edilib.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*