İmtahana hazırlaşan qızın gözləri kor oldubackend

İmtahana hazırlaşan qızın gözləri kor oldu 

Türkiyədə şagird imtahan stressini aradan qaldırmaq üçün həkimə müraciət edib. Xəstəxanada verilən dərman isə əks təsir göstərib.

KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.

Peşə məktəbində oxuyan Hikmet Mina Kara universitetə hazırlaşdığı dövrdə narahatlıqlar keçirməyə başlayıb. Qızın yuxu sistemində imtahan stressindən dolayı problemlər yaranıb. Anası, Burcu Sarqın bu səbəblə özəl xəstəxanalardan birinə müraciət edib. Xəstəni müayinə edən həkim resept yazaraq dərmanın dozasını hər dəfə artırmaq lazım olduğunu deyib.

Həkimin məsləhətinə əməl edən Hikmet Minanın bədənində səpkilər əmələ gəlib. Xəstəxanaya aparılan qıza “Stivens-Conson” sindromu diaqnozu qoyulub.

Səpkilər Hikmet Minanın daxili orqanlarına kimi yayılıb. Gözləri hazırda görmür. Müalicəsi 3-6 ay davam edəcək.

Qeyd edək ki, hadisə ilə bağlı Hikmet Minanın anası Səhiyyə Nazirliyinə şikayət edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*