“İndiki dövrdə Rusiyadan hər şey gözləmək olar” – Qazaxıstanın mövqeyi ilə bağlı AÇIQLAMAbackend

"İndiki dövrdə Rusiyadan hər şey gözləmək olar” - Qazaxıstanın mövqeyi ilə bağlı AÇIQLAMA

Qazaxıstan Krım və Donbası tanımaqdan  imtina edib. Belə ki,  Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini Timur Süleymenov bildirib ki, ölkə Ukraynanın ərazi bütövlüyünə hörmət edir və nə Krımla, nə də Donbasla bağlı hazırki situasiyanı tanımır.

Maraqlıdır, Qazaxıstan rəsmisinin belə bir açıqlaması ölkə üçün hansı təhlükə yaradır? Qazaxlar yenidən Rusiyanın qəzəbinə tuş gələ bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Ukraynada baş verən hadisələrdən region ölkələri dərs çıxarmalıdır: “Rusiyanın Qazaxıstana və o cümlədən bütün dünyaya ərazi iddiaları var. Şimal qonşumuz  bütün dövlətlərdən əraziləri alıb sərhədlərinə qatmağın yollarını bilir. Lakin o torpaqlardan səmərəli istifadə etmir. Hesab edirəm ki, Qazaxıstan çox düzgün və prinsipial hərəkət edir və Ukrayna ərazilərinin ilhaqına şərik çıxmır. Çünki Qazaxıstan rəhbərliyi bilir ki, gələcəkdə bu hadisələr onların da başına gələ bilər. İndiki dövrdə Rusiyadan hər şey gözləmək olar”.

Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım” – Qabil Hüseynli -  Azinforum.az İnformasiya Portalı

Politoloqqun fikrincə, Qazax xalqı Rusiyadan çəkinməməlidir: “Qazaxıstan rəsmilərinin Krım və Donbası tanımaması onlar üçün heç bir təhlükə yaratmır. Qazaxlar iradəli xalqdır. Ukraynada gedən müharibə onu göstərdi ki, Rusiyada çürümüş və üfunət iyi verən rejim mövcuddur. Bu rejim üzərində ən kiçik dövlətlər belə qələbə çala bilər. Bu mənada Qazaxıstanın bu addımı digər türkdilli dövlətlər, xüsusilə Türkiyə tərəfindən müdafiə ediləcək. Ona görə də, təhlükədən danışmaq olmaz. Qazaxıstan böyük dövlətdir, 20 milyon əhalisi var. Onlar Rusiyadan çəkinmir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*