İngiltərənin ərazi bütövlüyü təhdid altında… – Baş nazirbackend

İngiltərənin ərazi bütövlüyü təhdid altında... - Baş nazir

Avropa Birliyi Birləşmiş Krallığın birliyi və ərazi bütövlüyü üçün təhdiddir.

KONKRET.az xəblər verir ki, bu barədə İngiltərə Baş naziri Boris Consonun “The Teleqraf” qəzetində yayımlanan məqaləsində bildirib.

Baş nazir məqaləsində İngiltərənin yanvarın 31-də Avropa Birliyindən ayrılmasından keçən 7 ayın uzun zaman olduğunu, bu müddətdə bütün istiqamətlərdə gələcək əlaqələrə dair müzakirələr apardıqlarını xatırladıb.

Çərçivəli ticarət anlaşması istədiklərini vurğulayan Conson Avropa Birliyinin Kanada ilə belə müqavilə imzaladığını, amma 40 ilə qədər onun üzvü olan İngiltərə ilə belə saziş imzalamaqdan geri durduğuna diqqət çəkib.

Anlaşılmazlıqlara baxmayaraq son aylarda ciddi irəliləyişə nail oldunduğu, hər iki tərəfin sərbəst ticarət anlaşması əldə edə biləcəyini vurğulayan Conson İngiltərənin ötən il AB-dən ayrılması razılaşmasında Şimali İrlandiya Protokoluna da toxunub. Baş nazir AB-nin anlaşmadakı protokola əsasən Şimali İrlandiyanı Gömrük Birliyi çərçivəsində saxlamaq niyyətində ola biləcəyindən narahatlığını da ifadə edib.

Fikir ayrılıqlarının dərinləşməməsi üçün Ortaq Komitə qurulduğuna diqqət çəkən Conson qeyd edib ki, indi AB-nin şərtlərini qəbul etmədiyimiz təqdirdə AB-nin İrlandiya dənizində ticarət sərhədi qurmaq üçün Şimali İrlandiya Protokolundan istifadə edəcəyinə dair fikirlər eşidirik: “AB-nin yalnızca Böyük Britaniyadan şimali İrlandyaya daşınan mallara tarif qoymaqla dayanmayacağını, eyni zamanda Böyük Britaniyadan Şimali İrlandiyaya gedən qida nəqliyyatını da dayandıra biləcəyi söylənilir.

AB-nin xoş niyyətli müzakirə ediləcək bir razılaşmanı İngiltərənin bir hissəsini təsir altında almaq bir yana, yerdə qalanını qoparmaq üçün istifadə edəcəyi və ya Birləşmiş Krallığın iqtisadi və ərazi bütövlüyünü yox etmək təhdidi edəcəyinə əsla inanmadığımı deyə bilərəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*