İnsult keçirən Pişyari (Faytonçu) Nazimin müalicəsi davam etdirirlir, səhhəti yaxşılaşır.
KONKRET.az xəbər verir ki, bu barədə “report”a müğənninin sənət dostu məlumat verib.
Bildirilib ki, onun reanimasiyadan çıxarılaraq palataya köçürüləcəyi gözlənilir.
Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanvarın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
O, müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.