“İnteraz” və “Salamnyus”un İRAN SEVDASI: Hacı Mətləbi “agentura şəbəkəsi” üzvünə çevirən ŞOK FAKTLARbackend

“İnteraz” və “Salamnyus”un İRAN SEVDASI: Hacı Mətləbi “agentura şəbəkəsi” üzvünə çevirən ŞOK FAKTLAR

İranın Azərbaycandakı “agentura şəbəkəsi” və onun ifşası

Azərbaycanda uzun illər İranın “agentura” şəbəkəsinin fəaliyyət göstərməsi heç kimə sirr deyil. O da sirr deyil ki, İran hər zaman ölkəmizə qarşı qarayaxma kampaniyalarının həyata keçirilməsində bilavasitə iştirak edib və düşmən Ermənistana dəstək verməkdən çəkinməyib. Hətta 2015-ci ildə “molla rejim”i Azərbaycanda olan agentura şəbəkəsinin başçılarından biri Hacı Taleh Bağırzadə vasitəsi ilə dövlət quruluşumuzu dəyişməyə cəhd də göstərib. Bütün bunlar danılmaz faktdır və yaxın tariximizdə baş verən həqiqətlərdən hamı xəbərdardır. Ancaq Taleh Bağırzadə aysberqin görünən tərəfi olub və necə deyərlər, ondan “zəhərli ilan”lar uzun müddət daş altında yatmağı bacarıb. Hacı Abgül Süleymanov, Hacı Mövsüm Səmədov, Seyid Elman Ağazadə, Hacı Tale Bağırzadə, Hacı Elçin Manafov, Hacı İlham Əliyev və İrana casusluq edən digərləri Azərbaycan xüsusi xidmət orqanlarının ayıq-sayıq və peşəkar fəaliyyəti nəticəsində həbs edilərək cəzalandırılıb. Adlarını çəkdiyimiz və çəkmədiyimiz şəxslər uzun illər müxtəlif “təşkilat” və ya “partiya”lar təsis edərək İran dövlətindən pul və təlimatlar alıb. “SEPAH”a casusluq edən bu insanlar vətənə xəyanət yolunu seçməkdən də çəkinməyiblər. Məsələn, “İslam” partiyasının sədr müavini olmuş Hacı Elçin Manafov məhkəməyə verdiyi ifadələrdən birində öz dili ilə “SEPAH”dan təlimat aldıqlarını təsdiqləyib və İranda tədbirlərə dəvət olunan şəxslərin hər birinə bu təkliflərin edildiyini vurğulayıb. Bu danılmaz faktlar “molla rejimi”nin Azərbaycanda hansı “hoqqa”lardan çıxmaq istədiyini bir daha bütün çılpaqlığı ilə sübuta yetirir.

 İrana casusluq edən “media resurs”ları

Təəssüflər olsun ki, “radikal dindar”larla yanaşı, İran dövləti bəzi “media resurs”larını da şirin vədlərlə özünə tərəf çəkməyi bacarıb. Elə Azərbaycandakı “agentura” şəbəkəsi vasitəsi ilə də bu “media resurs”ları idarə olunub və maliyyələşdirilib. “Şər yuvası”nın “çörəyi”nin təsiri bu insanları “vətənə xəyanət” yolunu seçməyə vadar edib. Öncəliklə qeyd edək ki, 1991-ci ildə yaradılan və 1992-ci ildə dövlət qeydiyyatına alınan Azərbaycan İslam Partiyası 1995-ci ildə qeydiyyatının ləğv olunmasına baxmayaraq, üç “media resursu”nu əlində saxlaya bilib və İranın təlimatları əsasında Azərbaycana qarşı əks-təbliğat həyata keçirib. “Faktxəbər”, “İslamazeri” və “İslamin səsi” saytları uzun illər İranın Azərbaycanda təbliğatını həyata keçirməklə yanaşı, ölkəmizə qarşı “radikal” mövqe sərgiləməkdən də yan keçməyib. “İslam” partiyasının tabeliyində olan bu saytların İrandan maliyyələşdiyi heç kimdə şübhə doğurmayıb. Hazırda həmin saytların fəaliyyəti Azərbaycanda məhdudlaşdırılıb. Bundan başqa, indi həbsdə olan Hacı Taleh Bağırzadə uzun illər “Azadxəbər.az” saytı vasitəsi ilə “molla rejimi”nin ölkəmizdə təbliğatını həyata keçirib. Cəmiyyətə dünyəvi informasiya resursu kimi sırınan bu media qurumu əslində “radikal dindar”ların “təbliğat” rıçağı kimi fəaliyyət göstərib. 2015-ci il “Nardaran hadisələri” baş verən vaxt Taleh Bağırzadənin təsis etdiyi “Müsəlman Birliyi Hərəkatı”nın üzvləri həbs olunub, “Azadxəbər.az” saytı isə bloklanıb. Bundan başqa, Hacı İlqar İbrahimoğluna məxsus “maidə.az” saytı da uzun illər İran İslam Respublikasının Azərbaycandakı təbliğat ruporu kimi çıxış edib. Rəhbərlərinin Qum şəhərində dini təhsil aldığını, İrana casusluqda şübhəli bilinərək həbs olunduğunu nəzərə alsaq, bu informasiya resurslarının “molla rejim”i tərəfindən maliyyələşdirildiyinə və onun təlimatları əsasında fəaliyyət göstərdiyinə dair heç bir şübhə yeri qalmır.

“İnteraz” və “Salamnyus” MÜƏMMASI

Bu gün Azərbaycanda İranın “agentura şəbəkəsi”nin kökü kəsilmək üzrədir. Uzun illər “molla rejim”i və onun ölkəmizdəki casus şəbəkəsi vasitəsi ilə cəmiyyətimizdə aparılan “təbliğat” artıq məhv edilib. İndi hər kəs İranın Azərbaycana qarşı hansı mövqe tutduğunu çox gözəl dərk edir və din pərdəsi altında həyata keçirilən təbliğat işə yaramır. Bu məsələdə Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Lakin hələ də İranı özünün “ağa”sı hesab edən qüvvələr mövcuddur ki, onlara qarşı sərt tərdbirlər görməyin vaxtı gəlib çatıb. “İnteraz” və “Salamnyus” media resurslarını və onların rəhbərlərini məhz bu qüvvələr kateqoriyasına aid etmək olar. Öncə qeyd edək ki, “İnteraz” televiziya, “Salamnyus” isə informasiya agentliyi kimi fəaliyyət göstərir. Rəhbəri isə Qum tələbəsi olmuş hacı Mətləb Bağırovdur. O, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir şəxs kimi tanınsa da, əslində faktlar başqa mətləblərdən xəbər verir. Belə ki, Mətləb Bağırovun İrandakı “ağa”larından təlimatlar aldığı, kanalın maliyyəsinin də “molla rejimi”ndən əldə edildiyi haqda bilgilər zaman-zaman yerli mediada dərc olunub. Bunu sübuta yetirən faktlar da kifayət qədərdir. Belə ki, “İnteraz” və “Salamnyus”da İran əleyhinə informasiya və ya reportajların yayımlanması birmənalı şəkildə qadağandır. Əksinə kanal rəhbərliyinin tapşırığına əsasən “molla rejimi”nin təbliğinə geniş yer verilir. Kanalda İslam Respublikasının sifarişinə uyğun dini verilişlər, İran tərəfindən çəkilən filmlər mütəmadi olaraq yayımlanır. Kanal hətta Azərbaycana qarşı əks mövqeyi ilə seçilən, “Nardaran hadisələri”nin təşkilatçılarına dəstək verən Qasim Süleymaniyə verilişlər həsr etməkdən çəkinmir. Bütün bu faktlar “İnteraz”ın və onun rəhbəri hacı Mətləbin əslində başqa məqsədlərə qulluq etdiyindən xəbər verir.

Baş ofisi uzun illər Moskva şəhərində yerləşsə də, hazırda “İnteraz” televiziyasının və Hacı Mətləbin biznesinin Türkiyəyə köçürüldüyü haqda məlumatlar dolaşır. Kanalın “Türksat” peyki vasitəsi ilə yayımlanması belə deməyə əsas verir. Bakı ofisinə nəzarəti isə hacı Mətləbə yaxınlığı ilə seçilən, ən maraqlısı isə vaxtilə İslam partiyasının üzvü olan Rəşad Dadaşov adlı şəxs həyata keçirib. Aydındır ki, özü Qum tələbəsi (Qum tələbələrinin İran xüsusi xidmət orqanları tərəfindən “verbovka” edildiyi hər kəsə məlumdur – red), Bakı ofisinin nəzarətini həyata keçirən dostunun isə Azərbaycanda “radikal” mövqeyi ilə tanınan “İslam” partiyasının üzvü olması, əsl həqiqətləri gün üzünə çıxaran yeganə fakt deyil. Belə ki, hələ Moskvada yaşadığı və bizneslə məşğul olduğu vaxtlarda hacı Mətləb Bağırov və onun rəhbərlik etdiyi “İnteraz” kanalı Rusiyada yaşayan azərbaycanlıları “verbovka” etməyə və İranın təbliğatını Şimal qonşumuzun ərazisində həyata keçirməyə cəhd göstərib. Hətta müəyyən vaxtlarda buna nail olub. Mətləb Bağırov haqda əldə etdiyimiz məlumatlardan biri də onun Rusiyada kriminal aləmə aid olan adamlarla yaxınlıq etməsidir ki, bu da bir kanal rəhbərinə yaraşmayan hərəkət kimi dəyərləndirilə bilər.

“İnteraz” və “Salamnyus”un digər İranyönümlü media resurslarından fərqi

Bu media qurumlarının açıq-aşkar təbliğat aparmaması, yalnız yayımlanan verilişlər, nümayiş etdirilən filmlər və xəbərlər vasitəsi ilə “molla rejimi”nin siyasi tezislərini cəmiyyətə ötürməsi başlıca fərqdir və diqqətdən yayınmır. Kanal hər vəchlə İran tərəfindən maliyyələşdirildiyini və İslam Respublikasının təbliğat ruporuna çevrildiyini gizlətməyə çalışır. Amma qeyd etdiyimiz kimi ilk növbədə bu media resurslarının təsisçilərinin kimliyi, eləcə də İran əleyhinə xəbərlərin yayımının qadağan edilməsi, Azərbaycan dövlətçiliyinə qarşı çıxan şəxslərin (Qasim Süleymani və sairə) qəhrəman kimi təqdim olunması və digər amillər “İnteraz” və “Salamnyus”un iç üzünü ortaya qoyur. Odur ki, bu media resurslarının “Türksat” vasitəsi ilə Azərbaycanda yayımının məhdudlaşdırılması, kanalın Bakı ofisinin bağlanması və, ümümiyyətlə, fəaliyyətinin araşdırılması olduqca labüddür və zəruridir.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*