İnterpol xətti ilə həbs edilən şəxsin məhkəməsi başlayırbackend

İnterpol xətti ilə həbs edilən şəxsin məhkəməsi başlayır  

Dələduzluqda və rüşvətdə ittiham olunan 55 yaşlı Əjdər Camal oğlu Əsgərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

KONKRET.AZ xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə İnterpol xətti ilə axtarışda olan 55 yaşlı Əjdər Camal oğlu Əsgər Gürcüstanda saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*