İntihar edən nişanlı qız haqda: Bacısının həyat yoldaşının telefonu ilə…backend

İntihar edən nişanlı qız haqda: Bacısının həyat yoldaşının telefonu ilə...

Dünən İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib. Onun nişanlı olduğu bildirilir.

KONKRET.AZ xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Otuziki kənd məktəbinin direktoru Balanisə Quliyeva mərhumun 11-ci sinif şagirdi olduğunu bildirib:

“Ailədə beş qız, bir oğlan övladları var. Sakit, ağıllı, tərbiyəli şagirdlərdən olub. Onun nişanlı olduğunu biz heç bilmirdik. Vəfat edəndən sonra bilmişik ki, xalası oğlu ilə nişanlı olub. Niyə intihar etdiyi bilinmir. Hadisə baş verən gün bacısıgilə gedib. Bacısının həyat yoldaşının telefonu ilə kiməsə zəng edib danışıb. Sonra evlərinə gedərək hamamda özünü trosla asıb.

Prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır”.

Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*