İqlesias və Kurnikova yenidən valideyn oldu – FOTOLARbackend

İqlesias və Kurnikova yenidən valideyn oldu - FOTOLAR

Enrike İqlesiasın kiçik qardaşı müğənninin ailəsində üçüncü bir uşağın doğulduğunu etiraf edib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, ispan müğənnisi Enrique İqlesias və keçmiş rus tennisçisi Anna Kurnikovanın ailəsində yeni uşaq dünyaya gəlib. Cütlük üçüncü dəfə valideyn olub.

Bu haqda məlumatı “Daily Mail” nəşri Çilinin ADN radio stansiyasına istinadən yazıb.

ADN-in efirində müğənninin qardaşı Julio İqlesias “Qardaşımın indi üç övladı var, çox xoşbəxtdir” deyib. O, yeni doğulmuş uşağın cinsiyyətini bildirməkdən imtina edib.

38 yaşlı Anna Kurnikova və 44 yaşlı Enrike İqlesiasın artıq iki övladı var – 2017-ci ilin dekabrında dünyaya gələn Nikolas və Lyusi.

İqlesias və Kurnikova təxminən 18 ildir birlikdədir. Bütün bu müddət ərzində onlar şəxsi həyatlarını ciddi məxfilikdə saxlayıblar. Cütlük Annanın ilk hamiləliyini jurnalistlərdən gizlədə bilib. Onlar uşaqlarının fotolarını zaman-zaman İnstagramda yerləşdirirlər.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*