Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri sentyabrda İrəvan və Bakıya müntəzəm səfərlər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri şöbəsinin rəhbəri Denis Qonçar bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işləməyə davam edəcək.
Qeyd edək ki, Xovayev artıq bu həftə Ermənistan və Azərbaycana səfər edib.
İqbal Rzayev,
KONKRET.az
