İran fevralın 15-də bəyan edib ki, ABŞ-ın bu ay onun neft yükünü həbs etməsi “dəniz quldurluğu aktı” kimi qiymətləndirilə bilər.
Tehran bunu da bildirib ki, bu yük İran hökumətinə məxsus deyil.
KONKRET.az Reuters – ə istinadən xəbər verir ki, Vaşinqton fevral ayında sözü gedən yükün saxlanması üçün məhkəməyə müraciət etmişdi.
ABŞ iddia edirdi ki, İran neft yükünün mənşəyini ört-basdər etmək məqsədilə nefti bir neçə müxtəlif gəmilərə yükləyib.
Vaşinqton bildirirdi ki, sonradan Liberiyanın bayrağı altında üzən “Axilles” adlı tankerə yüklənən neft Çinə göndərilməliymiş
Vaşiqnton bildirir ki, bu yükün göndərilməsi ABŞ-ın terrorizmlə mübarizə qanunlarına ziddir.
Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib ki, bu neft yükünün rəsmi Tehranla heç bir əlaqəsi yoxdur.
Sözçü deyib ki, yük özəl sektora daxil şirkətə məxsusdur.
O söhbətin hansı şirkətdən getdiyini izah etməyib.
