İran-Ermənistan sərhədinin bağlanmasına qarşı Tehranın Bakıya hansı təsir aləti var? – TƏHLİLbackend

İran-Ermənistan sərhədinin bağlanmasına qarşı Tehranın Bakıya hansı təsir aləti var? - TƏHLİL

İran-Ermənistan sərhədinin bağlanmasının qarşısını almaq üçün Tehranın Bakıya hansı təsir aləti var? Bunun üçün İranın Qafqaz regionu üçün iqtisadi hesablamaları var.

KONKRET.az xəbər verir ki, bu barədə İranın “Entekhab” saytı “Karneqi” İnstitutunun əməkdaşı Ağahüseynin məqaləsini dərc edib. Məqalədə deyilir:

  • “Cənubi Qafqazdakı qonşuları Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibədən bəri İran beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin Avrasiyada regional gücü müəyyən edən amil kimi rolunu anlayıb.
  • Azərbaycanın qələbəsi və Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması bu ölkəni müharibə qəniməti kimi “Zəngəzur dəhlizi”ni almağa sövq edib. Bu dəhliz Azərbaycanı Ermənistanın cənubundan keçərək coğrafi cəhətdən ayrı düşmüş Naxçıvan Muxtar Respublikası ilə birləşdirir”.

Yazının davamında deyilir:

  • “Əgər gerçəkləşərsə, sözügedən dəhliz Naxçıvana çatmaq üçün İranın yerüstü tranzitindən asılılığını aradan qaldırmaqla Tehranın Bakıya təzyiq rıçaqını neytrallaşdıracaq. O, həm də Azərbaycanı ilk dəfə olaraq Naxçıvan-Türkiyə sərhədindən birbaşa müttəfiqi Türkiyə ilə quru yolu ilə birləşdirəcək.
  • Tehran bu addımı Azərbaycanın anti-İran siyasət yeridəcəyi halda Türkiyənin, hətta İsrailin dəstəyini almaq cəhdi kimi şərh edir. Onlardan biri Zəngəzur dəhlizinin altında və ya ona paralel olaraq İran-Ermənistan sərhədinin bağlanması ola bilər.
  • İranın Azərbaycanı Zəngəzur dəhlizinə dair təhdid davranışlarını ciddi qəbul etməyə məcbur etmək taktikaları mövcuddur. Bunlardan biri də Bakıdan yan keçən Avrasiyaya alternativ marşrut yaratmaqla Azərbaycanın kommunikasiya sahəsindəki işlərinə qarşı çıxmaqdır.
  • Bu, Fars Körfəzi-Qara Dəniz Beynəlxalq Nəqliyyat Dəhlizidir (İTC) ki, İrandakı Fars körfəzi limanlarından Ermənistan vasitəsilə Gürcüstana, oradan isə Qara dənizdən keçərək Bolqarıstana və qurudan Yunanıstana və Avropaya çatır. Hazırda Qərbin Rusiyanı Ukraynaya təcavüzünə görə cəzalandırmaq cəhdi İTC-nin həyat qabiliyyəti və perspektivləri üçün faydalı ola bilər”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*