“İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşıyır”.
KONKRET.az-ın məlumatına görə bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bugünkü plenar iclasında deyib.
Deputat bildirib ki, İran müsəlman ölkəsi olmasına baxmayaraq, Ermənistana köməklik edir:
“Bu, onların şüuru və bizə yanaşmasıdır. Təklif edirəm ki, biz növbəti səfriliyimizi İsraildə açaq”.
Sabir Rüstəmxanlı ilə yanaşı Fəzail Ağamalı da oxşar fikirlər səsləndirərək İsraildə Azərbaycan səfirliyinin açılmasının vacibliyini vurğulayıb.

Kim bizim üzūmüzə gülün dalımızda danışırsa şərəfsizdir, namussuzdur.