Bu gün səhər İran prezidenti Həsən Ruhani general Qasım Süleymaninin ailəsinə baş çəkib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Həsən Ruhani generalın ailəsinə başsağlığı verib və onun qisasının alınacağını bəyan edib.
Xatırladaq ki, dünən Bağdad Hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb.


