İran səfirliyindən Göy Məscidlə bağlı təxribatçı PAYLAŞIM – FOTObackend

İran səfirliyindən Göy Məscidlə bağlı təxribatçı PAYLAŞIM - FOTO

İranın Ermənistandakı səfirliyi azərbaycanlı deputatların Göy Məscidi ziyarət etməsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib.

“İran mədəniyyətinin simvolu olan Göy Məscid son üç onillikdə yenidən Ermənistanda müsəlmanların ibadət və toplaşma yerinə və turistlərin diqqət mərkəzinə çevrilib. Çox sevindirici haldır ki, onun çoxəsrlik fars epiqrafiyası qorunub saxlanılıb”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər.


“Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edəcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”, – deyə Tahir Mirkişili “Facebook hesabında yazıb. Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*