ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma əldə olunacağı təqdirdə ölkənin ali dini lideri ilə görüşəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında əvvəlcə belə bir görüşün onun üçün prioritet olmadığını vurğulayıb. Lakin razılaşma əldə edilərsə, bunun mümkün olacağını istisna etməyib:
“İstəmirəm, amma əgər görüşsəm, bu mənim üçün şərəf olar. Əgər saziş olsa, bəlkə onunla görüşərdim”, – deyə o, qeyd edib.
ABŞ Prezidenti həmçinin İran lideri ilə şəxsi münasibətinin olmadığını, lakin onun “peşəkar” və müəyyən dairələrdə nüfuzlu biri kimi qəbul edildiyini də bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
