İranın Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son illər ölkədə qadınların işsizlik səviyyəsi kişilərə nisbətən təxminən iki dəfə çoxalıb.
KONKRET.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bununla yanaşı, sözügedən məlumatda qeyd olunduğuna görə, İranda kollec, bakalavr və magistr pillələrində təhsil almış qadınların işsizlik səviyyəsi kişilərə nisbətən iki dəfədən daha çox artıb.
Doktorantura pilləsində təhsil almış iranlı qadınların işsizlik səviyyəsi isə kişilərə nisbətən 3 dəfədən daha çoxdur.
